Ukrayna Rusiyanın Sızran neft emalı zavoduna PUA zərbəsi endirib
Ukrayna Rusiyanın Samara vilayətində yerləşən Sızran neft emalı zavodunun PUA-larla vurulduğunu açıqlayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko teleqram kanalında məlumat verib.
Ukraynanın "Exilenova+" və "Supernova+" monitorinq "Telegram" kanallarının məlumatına görə, müəssisə ərazisində silsilə partlayışlar olub.
Sızran neft emalı zavodu "Rosneft" şirkətinin strukturuna daxildir və Samara vilayətinin ən böyük neft emalı müəssisələrindən biridir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





