Ukrayna Rusiyanın “kölgə donanması”nın 13 gəmisini vurub
18 İyul 2026 15:43   Paylaş

Ukrayna Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurduğunu bildirib.

"Stabil.az" bu barədə "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Məlumata görə, 8 yük gəmisi, 1 tanker, 1 qaz daşıyan tanker, 1 yedək gəmisi və 2 kran zərbəyə məruz qalıb.

Həmçinin qeyd edilir ki, "MoLoÇKa" əməliyyatının 13 sutkası ərzində Ukrayna pilotsuz uçuş aparatları ümumilikdə 172 Rusiya gəmisinə hücum edib, onlardan 118-i Azov dənizində, 54-ü isə Qara dənizdə olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol