Ukrayna PUA-larla Rusiyanın Taman limanını vurub
30 İyul 2026 18:34   Paylaş

Ukrayna iyulun 30-na keçən gecə Rusiyanın Krasnodar diyarındakı Taman limanına pilotsuz uçuş aparatları ilə zərbə endirib, nəticədə obyektin infrastrukturu zədələnib.

"Stabil.az" xəbər verir ki, bu barədə Rusiyanın Cənub Nəqliyyat Prokurorluğu sosial şəbəkələrdə məlumat yayıb.

"PUA-ların hücumu nəticəsində liman infrastrukturu obyektləri zədələnib, xəsarət alanlar var", - məlumatda bildirilib.

Taman limanı Rusiyanın cənubundakı əsas logistika qovşaqlarından biridir. O, coğrafi mövqeyinə görə yüklərin aşırılmasında, həmçinin hazırda Rusiyanın işğalı altında olan Ukraynaya məxsus Krıma neft məhsullarının və digər malların tədarükündə mühüm rol oynayır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol