Ukrayna PUA-ları Tambovda “Wildberries” logistika mərkəzini vurub
26 Avqust 2026 10:26   Paylaş

Ukrayna Silahlı Qüvvələrinin PUA-larla Tambov vilayətinə hücumu nəticəsində “Wildberries” marketpleysinin logistika mərkəzində yanğın baş verib.

"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Yevgeni Pervışov bildirib.

Yanğının sahəsi 100 min kv. metr təşkil edir. İlkin məlumatlara görə, marketpleysin bir əməkdaşı xəsarət alıb. Həyəcan siqnalı verildikdən sonra əməkdaşların təxliyəsi həyata keçirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol