Ukrayna Prezidenti: Rusiya bu gecə intensiv raket və dron zərbələri endirib
3 Fevral 2026 11:37   Paylaş

Bölgələrdə Rusiyanın aviazərbələrinin nəticələrinin aradan qaldırılması davam edir.

"Stabil.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında məlumat verib.

Prezidentin sözlərinə görə, Rusiyanın hədəfi yenə də enerji obyektləri olub.

“Rusiya bu gecə Ukraynanın mülki əhalisinə qarşı 70-dən çox raket və 450 zərbə dronundan istifadə edib”, – Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, hava hücumundan müdafiə sistemlərinə raketlərin vaxtında çatdırılması prioritetdir: “Rusiyaya təzyiq göstərilmədən bu müharibənin sonu olmayacaq. Moskva terror və eskalasiyanı seçir, buna görə maksimum təzyiq göstərilməlidir”.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol