Ukrayna, Polşa və Litva prezidentləri Vilnüsdə sülh danışıqları aparacaq
Ukrayna, Polşa və Litva prezidentləri — Volodimir Zelenski, Karol Navrotski və Gitanas Nauseda yanvarın 25-də Vilnüsdə Ukraynada sülh şərtlərini müzakirə etmək üçün görüşəcəklər.
"Stabil.az" xəbər verir ki, bu barədə Polşa Prezidentinin sözçüsü Rafal Leşkeviç məlumat verib.
Prezidentlərin görüşü Vilnüs Arxikafedral Kilsəsində Yanvar üsyanının 163-cü ildönümünə həsr olunmuş tədbir çərçivəsində baş tutacaq. Görüş zamanı mühüm siyasi məsələlər, eləcə də Ukraynada sülhün təmin olunması yolları müzakirə ediləcək.
Leşkeviç bildirib ki, Polşa Prezidenti Navrotski sülh şərtlərinin ABŞ Prezidenti Donald Trampın iştirakı ilə hazırlanan danışıqlar əsasında formalaşmasını tövsiyə edir, lakin yekun qərarı ukraynalılar qəbul edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





