Ukrayna Müdafiə Qüvvələri Rusiyanın “Admiral Qriqoroviç” freqatına zərbə endirib
6 Aprel 2026 16:22   Paylaş

Ukrayna Müdafiə Qüvvələri Novorossiysk şəhərində Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Admiral Qriqoroviç” freqatını vurub.

"Stabil.az" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib.

"Pilotsuz Sistemlər Qüvvələri aprelin 6-na keçən gecə Novorossiysk limanında "Admiral Qriqoroviç" freqatına zərbə endirib", - o qeyd edib. Brovdi əlavə edib ki, "Sivaş" buruq qurğusu da vurulub.

"Admiral Qriqoroviç" Rusiya Hərbi Dəniz Donanmasının "Burevestnik" layihəsinin ilk hərbi freqatıdır, 8 "Kalibr" qanadlı raketi və "Ştil-1" zenit-raket kompleksi ilə təchiz olunub. Hazırda kəşfiyyat hədəflərin zədələnmə dərəcəsini müəyyənləşdirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol