Ukrayna Moskva vilayətində logistika anbarına PUA zərbəsi endirib
28 İyul 2026 13:07   Paylaş

Ukraynanın FP-1 pilotsuz uçuş aparatları Moskva vilayətinin Koledino yaşayış məntəqəsində yerləşən logistika operatorunun anbarına zərbə endirib.

"Stabil.az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Fire Point" məlumat yayıb.

Qeyd edilib ki, obyekt iri Rusiya şirkətləri və marketpleysləri üçün malların saxlanmasını, çeşidlənməsini və paylanmasını təmin edən mühüm logistika qovşağıdır.

"Bu cür zərbələr logistika zəncirlərinin işini pozaraq və iri Rusiya şirkətlərinə ziyan vuraraq ölkənin iqtisadi potensialını zəiflədir", - məlumatda bildirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol