Ukrayna lideri ABŞ və Rusiya ilə yeni görüşün anonsunu verdi
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında növbəti üçtərəfli danışıqların keçirilməsi barədə razılaşma əldə edilib.
"Stabil.az" “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Zelenski bildirib ki, bugünkü görüşün detalları həssas xarakter daşıyır və əlavə məlumat daha sonra açıqlanacaq.
Ukrayna lideri son danışıqların nəticəsi olaraq 157 ukraynalı hərbçinin azad edildiyini təsdiqləyib. O, danışıqlar qrupuna yeni hərbi əsir mübadilələrinin həyata keçirilməsinə nail olunması ilə bağlı tapşırıq verdiyini də qeyd edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





