Ukrayna Kurskda Rusiyaya məxsus MiQ-29 təyyarəsini vurduğunu açıqlayıb
Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayətində yerləşən aerodromda MiQ-29 qırıcı təyyarəsini məhv etdiklərini bildiriblər.
"Stabil.az" bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının açıqlamasına istinadla xəbər verir.
Qeyd olunub ki, “Çernıy Les” 15-ci əlahiddə artilleriya kəşfiyyat briqadası Rusiyanın Kursk vilayətindəki “Xalino” aerodromunda uğurlu əməliyyat keçirib.
Bəyanatda deyilir: “MiQ-29 qırıcı təyyarəsi və “Pantsir-S1” zenit-raket və top sistemi məhv edilib”.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı, həmçinin belə əməliyyatların etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, Milli Qvardiyanın “Omeqa” mərkəzinin xüsusi təyinatlıları müvəqqəti işğal edilmiş Krımdakı “Saki” hərbi aerodromunda Rusiyanın Su-24M bombardmançı təyyarəsini də məhv ediblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





