Ukrayna Krımdakı Saki hərbi aerodromuna zərbə endirib
1 İyul 2026 13:16   Paylaş

Ukrayna qüvvələri işğal olunmuş Krımdakı "Saki" hərbi aerodromuna zərbə endirib.

"Stabil.az" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətiinin bəyanatında bildirlib.

Zərbə nəticəsində Rusiya qırıcılarının olduğu anqarlar vurulub.

"Əməliyyatın hədəfi aerodrom infrastrukturu, xüsusən də qırıcıların olduğu anqarlar olub. Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus pilotsuz uçuş aparatlarının aviasiya texnikasının saxlanıldığı anqarlara beş dəfə zərbə endirdiyi təsdiqlənib", - məlumatda bildirilib.

İlkin məlumatlara görə, zərbə anında anqarlardan ikisində "Su-30" və "Su-30SM" qırıcıları olub. Hücumdan sonra "Su-30SM" olduğu anqarda yanğın baş verib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol