Ukrayna Krımda Rusiya hərbi obyektlərinə zərbələr endirib
Ukrayna Müdafiə Qüvvələri işğal olunmuş Krım ərazisində Rusiyaya məxsus iki hərbi obyektə zərbə endirib.
"Stabil.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin "Telegram" kanalındakı məlumatında qeyd olunub.
Ukrayna hərbçilərinin məlumatına görə, Novofedorovka ərazisində "Saki" aerodromunun ərazisindəki dispetçer qülləsi vurulub.
Çernomorskoye ərazisində "Geran"/"Gerbera" tipli zərbə pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üçün nəzərdə tutulmuş retranslyator vurulub.
Ukrayna Silahlı Qüvvələri qeyd edib ki, bu obyektlərin vurulması Rusiya qoşunlarının hərbi aerodromun fəaliyyətini təmin etmək və zərbə PUA-nı idarə etmək imkanlarını azaldır.
"Düşmənin əsas hədəfləri üzrə iş davam edir", - Ukrayna Müdafiə Qüvvələri bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





