Ukrayna Krımda iki hərbi aerodromu bombalayıb
Ukrayna Krımda iki hərbi aerodromu bombalayıb, "Pantsir" sistemi məhv edilib.
"Stabil.az" bu barədə “RBK-Ukraine” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Bundan əlavə, “Qvardeyskoye” hərbi aerodromunun infrastrukturuna da zərbələr endirildiyi bildirilir.
Məlumata görə, Kerç yaxınlığında S-400 zenit-raket kompleksinin tərkibinə daxil olan iki sistem, iki “Pantsir-S1” zenit-raket-top kompleksi məhv edilib.
Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, Rusiya ordusu Krım səması üzərində nəzarəti itirir: “Məhv edilən hər bir Hava Hücumundan Müdafiə sistemi və vurulan hər bir hərbi aerodrom Ukraynanın növbəti zərbələri üçün yeni imkanlar yaradır”.
Bundan əlavə, iyunun 24-nə keçən gecə Sevastopolda Balaklava İstilik Elektrik Stansiyasına zərbə endirildiyi, ardınca isə şəhərdə genişmiqyaslı elektrik kəsintilərinin baş verdiyi bildirilir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





