Ukrayna iyulda “Wildberries”in 11 anbarına və logistika mərkəzinə zərbə vurub
14 Avqust 2026 16:34   Paylaş

"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnikin məruzəsində deyilir.

"Ümumilikdə iyul ayında Ukrayna Silahlı Qüvvələri tərəfindən "Wildberries" şəbəkəsinin 11 iri anbarı və logistika mərkəzi məqsədyönlü şəkildə hücuma məruz qalıb", - məruzədə bildirilir.

Zərbələr nəticəsində yüz minlərlə kvadratmetr anbar sahəsi, yüzlərlə texnika və onlarla tikili yanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol