Ukrayna ərazisinə hücum Rusiyanın illik büdcəsinə ciddi təsir göstərib
Yanvarın 20-də Ukraynaya qarşı həyata keçirilmiş kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) hücumu Rusiyaya 131 milyon dollardan çox vəsaitə başa gəlib.
"Stabil.az" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, yanvarın 20-dən 21-nə keçən gecə Ukrayna ərazisinə ümumilikdə 372 hava hücum vasitəsi ilə zərbələr endirilib. Hücumlarda “İskander” ballistik raketləri, hipersəsli “Sirkon” raketləri, X-101 qanadlı raketləri, RM-48U təlim raketləri, eləcə də “Geran”, “Qarpia” və “Gerbera” tipli pilotsuz uçuş aparatları istifadə olunub.
Qeyd edilir ki, bu məbləğ əhalisi təxminən 220 min nəfər olan Novqorod şəhərinin illik büdcəsinə bərabərdir. Eyni zamanda, həmin vəsait Rusiyanın bəzi regionlarının illik büdcəsinin təxminən üçdə birinə uyğun gəlir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





