Ukrayna dəniz dronları ilə işğal altındakı Yaltanı hədəfə alıb
7 Avqust 2026 16:27   Paylaş

Ukrayna avqustun 7-də işğal altındakı Yaltaya dəniz pilotsuz aparatları ilə hücum edib və nəticədə sahilboyu ərazidə güclü yanğın yaranıb.

"Stabil.az" bu barədə "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Şahidlərin məlumatına görə, liman ərazisində atəş səsləri eşidilib. Bundan sonra sahilboyu ərazidə güclü yanğın başlayıb.

"Partlayış olmayıb. Bu, mobil atəş qruplarının fəaliyyətinin nəticəsi ola bilər", - məlumatda bildirilir.

Daha əvvəl şəhər sakinləri və qonaqlarına heyətsiz katerlərin hücum təhlükəsi barədə xəbərdarlıq edilib, bundan sonra insanların çimərliklərdən və sahilboyu ərazidən təcili təxliyəsi təşkil olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol