Ukrayna Azərbaycana sarsılmaz dəstəyə görə təşəkkürünü çatdırdı
13 Fevral 2026 12:51   Paylaş

Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Kiyevə göstərdiyi humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

“Stabil.az"ın məlumatına görə, səfir bunu “X” sosial şəbəkəsindəki hesabında açıqlayıb. O qeyd edib ki, Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mikola Kalaşnik və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə birlikdə Azərbaycandan İrpenə generatorların təhvil verilməsi prosesinə nəzarət ediblər. Bu addım icmanın su təchizatının dayanıqlılığını gücləndirib.

Səfir bildirib: “Ukraynaya sarsılmaz dəstəyinə görə Azərbaycana təşəkkür edirik.”

Qeyd olunur ki, bundan əvvəl Azərbaycan səfiri humanitar yardımın Kiyevə çatdığını açıqlamışdı.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol