Ukrayna Aİ-dən 3,3 milyard avroluq maliyyə paketi alıb
18 Sentyabr 2026 15:08   Paylaş

Avropa İttifaqı “Ukraynaya Dəstək Krediti” çərçivəsində Ukraynaya 3,3 milyard avro həcmində maliyyə paketi təqdim edib.

"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski deyib.

Onun sözlərinə görə, bu məbləğ ölkənin hərbi ehtiyaclarına, xüsusilə raket və dron alınmasına sərf ediləcək.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu gün Kiyevə sözügedən məbləğin təhvil veriləcəyini deyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol