UKMTO: Hörmüz boğazında ticarət gəmisinə hücum olub
UKMTO Hörmüz boğazında bir ticarət gəmisinin zərbəyə məruz qaldığını bildirərək bölgədəki dəniz hərəkətliliyi ilə bağlı məlumat yayıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarəti daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.
"UKMTO Hörmüz boğazında hadisə barədə məlumat alıb. Etibarlı mənbə, ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu bildirib", - məlumatda deyilir.
Gəminin adı və hadisənin dəqiq koordinatları da daxil olmaqla hadisənin əlavə təfərrüatları açıqlanmır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





