UEFA turnirlərində pley-off mərhələsinin püşkatması keçiriləcək
3 Avqust 2026 12:56   Paylaş

UEFA Avropa Liqası və UEFA Konfrans Liqasında pley-off mərhələsinin iştirakçıları üçün püşkatma mərasimi bu gün baş tutacaq.

"Stabil.az"ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində "Qarabağ" klubunun da potensial rəqibi müəyyənləşəcək.

Avrokuboklarda mübarizəyə UEFA Avropa Liqasında start verən Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv I təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını iki oyunun nəticəsinə (3:0, 3:0) əsasən məğlub edib. II təsnifat mərhələsində Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p. - 4:5)) nəticəsinə əsasən uduzan komanda yoluna UEFA Konfrans Liqasında davam edir.

Ağdam təmsilçisi bu turnirin III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki turnirdə ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol