UEFA Konfrans Liqasında yarımfinal mərhələsi başa çatıb
UEFA Konfrans Liqasının yarımfinal mərhələsi rəsmən başa çatıb.
"Stabil.az"ın məlumatına görə, raundun cavab oyunlarından sonra finalçılar bəlli olub.
"Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirib. Fransızlar ilk oyundakı kimi minimal hesabla məğlub olublar.
Beləliklə, "Kristal Pelas" və "Rayo Valyekano" finala vəziqə qazanıb.
Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





