UEFA Konfrans Liqası: “Qarabağ” bu gün “Dinamo” ilə Bakıda qarşılaşacaq
13 Avqust 2026 11:57   Paylaş

“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bakıda “Dinamo” ilə cavab oyununu keçirəcək.

"Stabil.az"ın məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Saat 20:00-da başlayacaq matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol