UEFA Çempionlar Liqasında ikinci finalist bu gün müəyyənləşir
6 May 2026 14:51   Paylaş

UEFA Çempionlar Liqasının final mərhələsinə adını yazdıracaq növbəti komandanın kimliyi bugünkü qarşılaşmanın nəticəsi ilə rəsmiləşəcək.

"Stabil.az"ın məlumatına görə, yarımfinal mərhələsinin ikinci cavab oyununda "Bavariya" Almaniyada Fransanın PSJ komandasını qəbul edəcək.

Qarşılaşma "Allianz Arena"da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq.

Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 5:4.

Xatırladaq ki, cütün qalibi finalda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. London klubu doğma meydanda İspaniyanın "Atletiko" kollektivini 1:0 hesabı (ilk oyun - 1:1) ilə üstələyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol