UEFA Çempionlar Liqası: “Qarabağ” “Liverpul”la üz-üzə gəlir
Bu gecə UEFA Çempionlar Liqasında liqa mərhələsinə yekun vurulacaq.
"Stabil.az" xəbər verir ki, “Qarabağ” VIII turda İngiltərədə “Liverpul”un qonağı olacaq. “Enfild” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Azərbaycan çempionu “Liverpul”a qalib gələrsə, pley-off mərhələsinə vəsiqə qazanacaq. Heç-heçə və ya məğlubiyyət qeydə alınacağı halda isə Ağdam təmsilçisi digər matçların nəticəsini gözləməli olacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





