UEFA Çempionlar Liqası: “Qarabağ”dan vacib qələbə
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) komandaları arasında keçirilən oyun başa çatıb.
"Stabil.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matç təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubunun heyətində qolları 4-cü və 80-ci dəqiqələrdə Kamilo Duran, 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə vurub. Rəqib komandada isə 11-ci dəqiqədə Can Uzun, 78-ci dəqiqədə isə Fares Çaibi fərqlənib.
Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik “Ayntraxt” isə 33-cü pillədə qərarlaşıb.
Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




