UEFA Avropa Liqası: “Braqa” və “Nottinqem Forest” qələbə qazanıb
1 May 2026 10:52   Paylaş

UEFA Avropa Liqasında yarımfinal mərhələsi başlayıb.

"Stabil.az"ın məlumatına görə, Portuqaliyanın "Braqa" klubu Almaniya təmsilçisi "Frayburq"u qəbul edib. Qarşılaşma Portuqaliya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər görüşdə isə İngiltərə komandaları - "Nottinqem Forest" komandası öz meydanında "Aston Villa" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, raundun cavab matçları mayın 7-də keçiriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol