U-20 dünya çempionatının dörd iştirakçısı müəyyənləşib
Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatına vəsiqə qazanan 4 komanda müəyyənləşib.
"Stabil.az"ın məlumatına görə, bu, Uelsdə təşkil olunan U-19 Avropa çempionatının nəticələrinə əsasən bəlli olub.
Turnirin yarımfinalçıları - İspaniya, Xorvatiya, Ukrayna və Almaniya növbəti mundiala vəsiqəni təmin ediblər.
Finala gedən yolda İspaniya Xorvatiyanı (3:0), Almaniya Ukraynanı (2:1) məğlub edib. Həlledici qarşılaşma iyulun 11-də təşkil olunacaq.
Xatırladaq ki, U-20 dünya çempionatı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





