U-17 dünya çempionatı: Fatimə Bayramova ilk görüşündə qalib gəlib
Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşündən qalib ayrılıb.
"Stabil.az"ın məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində israilli Sela Rozovu 11:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





