U-17 Avropa çempionatında ölkəmizi təmsil edəcək güləşçilərin heyəti təsdiqlənib
Bolqarıstanın Samakov şəhərinin ev sahibliyi edəcəyi yeniyetmələrin (U-17) Avropa çempionatında Azərbaycanı təmsil edəcək milli komandanın tam heyəti ictimaiyyətə açıqlanıb.
"Stabil.az" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcəklər. Yığmanın heyətində Əli Cavadlı (45 kiloqram), Ömər Salmanov (48 kiloqram), Hüseyn Mustafazadə (51 kiloqram), Qurban Məcnunov (55 kiloqram), Elmir Çərkəzov (60 kiloqram), Orxan Həbibli (65 kiloqram), Əli Məmmədov (71 kiloqram), Zəka Yusubov (80 kiloqram), Zöhrab Səfərov (92 kiloqram) və Məhəmməd Mustafayev (110 kiloqram) mübarizəyə start verəcək.
Daha sonra estafet qadın güləşinə keçəcək. Burada Gülxanım Şirinova (40 kiloqram), Nuray Cəfərli (46 kiloqram), Xədicə Qurbanzadə (49 kiloqram), Fatimə Bayramova (53 kiloqram), Məryəm Əmrəli (57 kiloqram), Fidan Babayeva (61 kiloqram), Nuray Həsənli (65 kiloqram) və Simurə Abdullayeva (69 kiloqram) çıxış edəcəklər.
Yarışın sonlarında Tunar Həsənov (45 kiloqram), Hüseyn Rzazadə (48 kiloqram), İbrahim Həsənov (51 kiloqram), Abbas Şəfiyev (55 kiloqram), Vahid Məmmədov (60 kiloqram), Rəşid Nazarov (65 kiloqram), Tunar Quliyev (71 kiloqram), Nihad Süleymanlı (80 kiloqram), Elgün Kərimli (92 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) uğur qazanmağa çalışacaqlar.
Mayın 11-dən 17-dək “Samokov Arena”da keçiriləcək yarışda gündüz seansının görüşləri Bakı vaxtı ilə saat 11:30-da, axşam seansının qarşılaşmaları isə 19:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Həbib Nurulu, Zaur Şərifov və Eldar Bayramov qoruyacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





