Tver yaxınlığında PUA hücumları nəticəsində Wildberriesin anbarı zədələnib
14 Avqust 2026 10:34   14 Aug 2026 11:20 Paylaş

PUA qalıqları Tver yaxınlığında "Wildberries"in anbar binasının divarını zədələyib.

"Stabil.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator əvəzi Vitali Korolyov məlumat verib.

"Gecə düşmən PUA-larının hücumunun dəf edilməsi nəticəsində pilotsuz uçuş aparatının qalıqları Kalinin dairəsindəki "Wildberries" anbar binasının divarını zədələyib. Müəssisənin əməkdaşları zərər çəkməyib", - o qeyd edib.

Ərazidə tüstülənmə baş verib və artıq aradan qaldırılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol