TÜRKPA ATƏT PA-da müşahidəçi statusuna doğru addım atır
Vyanada keçirilən görüşdə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub
"Stabil.az" TÜRKPA-ya istinadən xəbər verir ki, görüş zamanı TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu əldə etməsi, eləcə də bu istiqamətdə üzv dövlətlər tərəfindən göstərilə biləcək dəstək məsələləri müzakirə edilib.
Bununla yanaşı, TÜRKPA-nın yaxın gələcəkdə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak perspektivi də nəzərdən keçirilib.
Səfir Rövşən Sadıqbəyli Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi adından TÜRKPA-nın ATƏT, eləcə də ATƏT PA ilə əməkdaşlıq prosesinə mümkün dəstəyi göstərməyə hazır olduqlarını bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





