Türkmənistan prezidenti Gürcüstanda rəsmi səfərdədir
16 İyul 2026 13:21   Paylaş

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Gürcüstana rəsmi səfərə gəlib.

"Stabil.az" Gürcüstan mediasına istinadən xəbər verir ki, Türkmənistan prezidebti və onu müşayiət edən nümayəndə heyətini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani qarşılayıb.

Səfər proqramına əsasən, Prezident Sarayında Serdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi keçiriləcək, daha sonra o, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşəcək.

İyulun 17-də isə Türkmənistan Prezidenti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş nəzərdə tutulub.

Səfər çərçivəsində tərəflərin nazirlər səviyyəsində ikitərəfli görüşləri də planlaşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol