Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından təhlükəsiz keçib
23 İyun 2026 14:49   Paylaş

Türkiyəyə məxsus 11 gəmi Hörmüz boğazından problemsiz keçərək təyinat məntəqəsinə çatıb.

"Stabil.az" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə Hörmüz boğazı və körfəzdəki hadisələri izləyir: "Bölgədəki gəmilər və vətəndaşlarımızla sıx təmasdayıq".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol