Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 86 milyard kubmetr qaz ixrac edilib
3 İyul 2026 17:45   Paylaş

Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verildiyi vaxtdan indiyədək Türkiyəyə təxminən 86 milyard kubmetr qaz nəql edib.

"Stabil.az" bu barədə Energetika Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən 19 il ötür. Kəmər vasitəsilə "Şahdəniz" qaz-kondensat yatağından əldə olunan təbii qaz Türkiyə bazarına nəql olunur.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol