Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda keçirilən sammitə qatılıb
4 May 2026 11:35   04 May 2026 12:05 Paylaş

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "Avropa Siyasi Birliyi"nin 8-ci sammitində iştirak etmək üçün İrəvana gedib.

"Stabil.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

C.Yılmazı İrəvanın Zvartnots hava limanında Ermənistan parlamentinin sədrinin müavini, ölkənin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan qarşılayıb.

"Avropa Siyasi Birliyi" sammitinin ilk iclası 2022-ci oktyabrın 6-da Çexiyanın Praqa şəhərində keçirilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol