Türkiyənin 9 vilayətində meşə yanğınları davam edir
Türkiyənin 9 vilayətində meşə yanğınları baş verib.
"Stabil.az" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) "X" sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirilib.
"Antalya, Çanaqqala və digər vilayətlərdə meşə yanğınları ilə mübarizə davam edir", - məlumatda bildirilib və əlavə edilib ki, Türkiyədəki meşə yanğınlarına 3 mindən çox şəxsi heyət cəlb olunub.
Bildirilib ki, yanğın zonalarında 23 təyyarə, 54 helikopter və 1.035 quru nəqliyyat vasitəsi fəaliyyət göstərir:
"Meşə yanğınları Manisa, Bursa, Muğla, Balıkəsir, İzmir, Kütahya və Aydın vilayətlərində də qeydə alınıb".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





