Türkiyənin 69 əyalətində 423 nəfər narkotik əməliyyatında saxlanılıb
29 İyun 2026 16:33   Paylaş

Türkiyənin 69 əyalətində keçirilən narkotik əməliyyatları zamanı 423 nəfər həbs edilib.

"Stabil.az" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, son bir həftədə həyata keçirilən əməliyyatlar nəticəsində 708 kiloqram 269 qram narkotik maddə, 2 milyon 971 min 219 ədəd psixotrop tərkibli həb ələ keçirilib.

Ümumilikdə, 1005 şübhəli saxlanılıb, onlardan 423-ü barəsində həbs qətimkan tədbiri seçilib, 138-i isə məhkəməyədək sərbəst buraxılıb.

Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol