Türkiyənin 35 əyalətində İŞİD terror qruplaşması ilə əlaqəli 184 şübhəli həbs olunub
4 Mart 2026 15:06   Paylaş

Son iki həftədə Türkiyənin 35 əyalətində aparılan antiterror əməliyyatlarında 184 nəfər İŞİD-lə əlaqəli şübhəli olaraq saxlanılıb.

"Stabil.az" xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, şübhəlilərdən 22-si həbs edilib, 33-ü haqqında məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri barədə araşdırma aparılır.

Məlumata görə, aparılan axtarışlar nəticəsində 8 ədəd qanunsuz tapança, 1 ədəd qanunsuz tüfəng, qruplaşmaya aid çoxlu sayda sənəd və rəqəmsal material müsadirə olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol