Türkiyədəki güləş festivalında Naxçıvan idmançıları uğurla çıxış etdi
9 Fevral 2026 16:16   Paylaş

Naxçıvan güləşçiləri Türkiyədə təşkil olunan "Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı"nda uğurlu nəticələr göstəriblər.

"Stabil.az" xəbər verir ki, yarışda Azərbaycan və Gürcüstan idmançıları ilə yanaşı, Türkiyənin Ərzurum, Amasya, İstanbul, Tokat, Samsun və Artvin vilayətlərindən ümumilikdə 149 idmançı 12 kateqoriya üzrə mübarizə aparıb. Qarşılaşmalar qarla örtülü meydançada keçirilib.

Azərbaycanı festivalda Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Hikmət Hüseynov rəhbərliyində "Naxçıvan" komandası təmsil edib. Komandamız 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.

Uşaqlar arasında Murad Hacızadə (35 kq) qızıl medal qazansa da, Rüzgar Məmmədov eyni yaş və çəkidə üçüncü yeri tutub. Böyüklərin yarışında Hüseyn Rzayev (85 kq) gümüş medala sahib çıxıb. Murad Quliyev (70 kq), Qoca Əhmədov (90 kq) və Kəramət Xudiyev (90 kq) isə bürünc medalla mükafatlandırılıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol