Türkiyədə Rusiyaya məxsus olduğu ehtimal edilən PUA tapılıb
Türkiyənin Ordu vilayətində Rusiyaya məxsus olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.
"Stabil.az" Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ünye rayonunda qeydə alınan hadisə yerinə xüsusi təyinatlı qüvvələr göndərilib.
Aparılan ilkin təhlillər nəticəsində dronun partlayıcı maddə daşımadığı müəyyən edilib. Aşkarlanan PUA əlavə ekspertiza üçün Ünye rayon polis idarəsinə təhvil verilib.
Türkiyə mediasının məlumatına görə, son iki ay ərzində ölkə ərazisində aşkarlanan dronların sayı beşə çatıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





