Türkiyədə məktəblərdə hücumlarla bağlı istintaq davam edir, 83 nəfər saxlanılıb
16 Aprel 2026 12:33   Paylaş

Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla əlaqədar 83 nəfər saxlanılıb.

"Stabil.az" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məktəblərə hücumlardan sonra aparılan işlər çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 "Telegram" qrupu bağlanıb.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol