Türkiyədə məktəbə edilən silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb
15 Aprel 2026 22:58   16 Apr 2026 01:45 Paylaş

Kahramanmaraşdakı Ayser Çalık orta məktəbinə edilən hücum nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Altı nəfərin vəziyyəti ağırdır.

"Stabil.az" xəbər verir ki, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Kahramanmaraşdakı vəziyyətlə bağlı son məlumatları paylaşıb. O bildirib ki, ölənlərdən səkkizi şagird, bir nəfər isə müəllimdir.

Hücumu iki sinif otağında atəş açan səkkizinci sinif şagirdi İsa Aras Mersinli törədib. O, intihar edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol