Türkiyədə İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib
Türkiyənin 24 vilayətində keçirilən əməliyyatlar nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 88 nəfər həbs edilib.
"Stabil.az" xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Müəyyən edilib ki, şübhəlilər terror təşkilatı ilə əlaqəli şəxslər və qondarma yardım qurumları vasitəsilə şəbəkəyə maliyyə ötürüblər.
Qeyd olunub ki, saxlanılan şəxslər həmçinin sosial şəbəkə hesabları üzərindən terror təşkilatının təbliğatını aparıblar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





