Türkiyədə avtobus qəzası: 8 ölü, 26 yaralı
1 Fevral 2026 14:51   01 Feb 2026 16:44 Paylaş

Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

"Stabil.az" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin bildirib.

"İlkin məlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb", - vali deyib.

Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.

Əlavə məlumat veriləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol