Türkiyədə 4,6 bal gücündə zəlzələ olub
13 İyun 2026 11:32   Paylaş

Türkiyənin Qaziantep vilayətində 4,6 bal gücündə zəlzələ olub.

"Stabil.az" bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, zəlzələnin episentri Nurdağı rayonunda, ocağı 7 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi Qaziantep, Qəhrəmanmaraş, Kilis, Osmaniyyə və Hatay vilayətlərində hiss olunub.

Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol