Türkiyə və Pakistan XİN rəhbərləri Pakistan-Əfqanıstan münasibətlərini müzakirə edib
27 Fevral 2026 15:14   Paylaş

Hakan Fidan və Məhəmməd İshaq Dar iki ölkə arasında yaranmış gərginlik ətrafında fikir mübadiləsi aparıblar.

"Stabil.az" xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin məlumatında bildirilib.

Telefon danışığı zamanı Məhəmməd İshaq Dar vurğulayıb ki, Pakistan Əfqanıstana adekvat cavab verib, Pakistan Silahlı Qüvvələri isə öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün "Qəzəb-lil-həqq" əməliyyatı çərçivəsində hava əməliyyatlarını uğurla həyata keçirib.

Tərəflər regionda sülh və sabitliyin vacibliyini qeyd edib və hadisələrin inkişafı barədə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol