Türkiyə və Pakistan XİN başçıları regional məsələləri müzakirə edib
11 Fevral 2026 12:34   Paylaş

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

“Stabil.az” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi “X” rəsmi sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, tərəflər regional və beynəlxalq mövzularla bağlı fikir mübadiləsi aparıb və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

XİN başçıları həmçinin sıx əlaqə və koordinasiyanın davam etdirilməsi barədə razılığa gəliblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol