Türkiyə və Liviya arasında müdafiə məsələləri Ankarada müzakirə olunub
16 Fevral 2026 16:47   Paylaş

Fevralın 16-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra edən Səlahəddin əl-Nəmruşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Stabil.az" Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu iştirak edib.

Səlahəddin əl-Nəmruş keçən il dekabrın 23-də Ankara yaxınlığında qəzaya uğrayan təyyarədə olan Məhəmməd əl-Həddadın ölümündən sonra Liviya ordusunun Baş Qərargah rəisi vəzifəsini icra etməyə başlayıb.

Həmin faciə ilə əlaqədar Liviyada üçgünlük matəm elan edilmişdi. Hazırda insidentlə bağlı araşdırmalar davam edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol