Türkiyə və Fransa XİN başçıları Rusiya-Ukrayna müharibəsini müzakirə etdi
27 Yanvar 2026 16:10   Paylaş

Türkiyə və Fransa xarici işlər nazirləri, Hakan Fidan və Jan-Noel Barro, Rusiya-Ukrayna müharibəsi və danışıqların son mərhələsini müzakirə ediblər.

"Stabil.az"ın məlumatına görə, nazirlər görüşdə həm regional, həm də beynəlxalq əhəmiyyətli bir sıra məsələləri gündəmə gətiriblər. Bunlar arasında Suriya, Qəzza, İrandakı hadisələr, Aralıq dənizi təhlükəsizliyi və qlobal təhlükəsizliyi təhdid edən Rusiya-Ukrayna müharibəsi diqqət mərkəzində olub.

Hakan Fidan mətbuata açıqlamasında bildirib:
"Qlobal təhlükəsizliyə təsir edən Rusiya-Ukrayna müharibəsinin müzakirəsi çox ciddi vaxtımızı aldı. Bu məsələləri birlikdə gündəmə gətirdik."



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol