Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib
Türkiyə Şimali Kiprdə 6 ədəd F-16 təyyarəsi yerləşdirib.
"Stabil.az" "Haber Golobal"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu addım regionda baş verən son hadisələr kontekstində Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə atılıb:
"Belə ki, 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasında yerləşdirilib. Hadisələrin gedişatına uyğun olaraq ehtiyac yarandığı təqdirdə əlavə tədbirlərin görülməsinə davam ediləcək".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





